AZ

"Atletiko Madrid" "Milan"a rəsmi təklif göndərsə də...

"Atletiko Madrid" müdafiəçi Teo Ernandesin transferi üçün "Milan"a rəsmi təklif göndərib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Football Italia" yayıb.

Məlumata görə, İspaniya təmsilçisi "qırmızı-qaralar"a 18 milyon avro və müxtəlif bonuslar şəklində daha 2+3 milyon avro ödəməyə hazır olduğunu çatdırsa da, təklif geri çevrilib. Mənbə "Arsenal"dan ukraynalı müdafiəçi Aleksandr Zinçenkonu almağı hədəfləyən İtaliya klubunun öncə Ernandesi satmalı olduğunu vurğulayıb. 

Xatırladaq ki, "Milan" daha öncə Ernandesə elçi düşən "Əl-Hilal"a (Səudiyyə Ərəbistanı) da "yox" demişdi.

Nihat

Seçilən
9
1
fanat.az

2Mənbələr