Böyük Britaniyanın baş naziri Kir Starmer və xarici işlər naziri Devid Lammi İsrailin İrana hücumları ilə bağlı açıqlama veriblər.
Publika.az xəbər verir ki, “X” hesabında paylaşım edən Starmer İsrailin İrana hücumlarının narahatlıq doğurduğunu bildirib.
"Hücumlarla bağlı xəbərlər narahatlıq doğurur. Bütün tərəfləri dərhal geri çəkilməyə və gərginliyi azaltmağa çağırırıq. Gərginliyin artması bölgədə heç kimə fayda verməyəcək. Yaxın Şərqdə sabitlik prioritet olmalıdır. Bu səbəbdən gərginliyi azaltmaq üçün müttəfiqlərimizlə təmasdayıq. İndi mülayim, sakit olam və diplomatiyaya qayıtmağın zamanıdır", - o yazıb.
Devid Lammidə “X” paylaşımında yazıb ki, Yaxın Şərqin sabitliyi qlobal təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir: “Baş verən hücumlardan narahatam. Gərginliyin artması regionda sülh və sabitliyi daha da təhdid edəcək və heç kimin xeyrinə olmayacaq".