AZ

Nagelsman: “Almaniya yığması böyük imkanlara malikdir”

Almaniya yığmasınnı baş məşqçisi Yulian Nagelsman “bundestim”in böyük gələcəyi və imakanları olduğuna inandığını açıqlayıb.

Arena.az “Reuters” dərgisinə istinadən, 37 yaşlı alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Əgər biz çıxış etdiyimiz kmi çıxış etməyə və dünya çempionatının seçmə mərhələ oyunlarında iştirak edən komandalardan bircə addım da geri qalmamağa davam etsək, onda, ümidvaram ki, biz daha da uzağa gedəcəyik və yaxşı hazırlıqlı olacağıq. Əlbəttə, biz olmaq istədiyimiz yerdən bir neçə pillə geridəyik, eləcə də dünyanın ən yaxşı komandalarından geri qalırıq.

Biz, yüz faiz alınmamış bir məqamı dərhal gerçəkləşdirə bilmərik. Buna rəğmən, mən hiss edirəm ki, bütün komandada – oyunçularda, eləcə də xidmət heyətində nəsə xüsusi bir xüsus var. Biz xüsusi yanaşmaya və böyük imkana malikik”, deyə Nagelsman vurğulayıb.

Xatırladaq ki, Yulian Nagelsmanın rəhbərliyi altında Almaniya yığması meydan sahibi olduğu 2024-cü il Avropa Çempionatının 1/4 finalına yüksəlib və burada İspaniya yığmasına məğlub olub (1:2, əsas vaxt 1:1). 2025-ci il UEFA Millətlər Liqasında isə “bundestim” fəxri 4-cü yeri tutub.

Seçilən
21
arena.az

1Mənbələr