AZ

İsrail İranı vurdu: Jirinovskinin bu proqnozu gündəm oldu

İsrailin İrana hücumundan sonra Rusiyanın Liberal Demokrat Partiyasının yaradıcısı Vladimir Jirinovskinin Yaxın Şərqdəki münaqişə ilə bağlı proqnozu internetdə gündəm olub.

Publika.az xəbər verir ki, bu barədə “Parlamentskaya qazeta” məlumat yayıb.

Jirinovski bildirib ki, Yaxın Şərqdə vəziyyət daha da pisləşəcək və bu, Ukrayna münaqişəsinin arxa plana keçməsinə səbəb olacaq. Üstəlik, o, regionda III Dünya Müharibəsinin başlanmasını belə istisna etməyib.

Dövlət xadimi siyasi tok-şouların birində İranın Vyetnam və ya Şimali Koreya olmadığını vurğulayıb.

“Ən dəhşətli hadisələr məhz bu ölkədən başlayacaq”, - deyə Jirinovski deyib.

Seçilən
40
publika.az

1Mənbələr