AZ

Makron İsralin İrana zərbələrindən sonra müdafiə müşavirəsi keçirəcək

Fransa Prezidenti Emmanuel Makron İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumlarından sonra ölkənin milli təhlükəsizlik orqanlarını təcili müdafiə müşavirəsinə toplayacaq.

APA-nın "Əl-Cəzirə"yə istinadən verdiyi xəbərə görə, bu barədə Yelisey Sarayı məlumat yayıb.

İclasın məqsədi bölgədə gərginləşən vəziyyət fonunda Fransanın milli maraqlarını və mümkün təhlükələri dəyərləndirməkdir.

Xatırladaq ki, İran İsrailin zərbələrinə “sərt və cavabsız qalmayacaq” deyə reaksiya verib və bölgədə yeni eskalasiya riski yaranıb.

Fransanın müdafiə və diplomatik rəhbərliyi iclasda iştirak edəcək. Hadisə ilə bağlı əlavə tədbirlərin görüləcəyi gözlənilir.

Seçilən
30
3
apa.az

4Mənbələr