Olaylar.az xəbər verir ki, Gürcüstanın İsraildəki səfirliyi bununla bağlı rəsmi bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, "qırmızı" səviyyəli siqnal səsləndiyi halda vətəndaşlar dərhal yaxınlıqdakı sığınacaqlara getməli, belə bir yer yoxdursa, yerə uzanmalı və başlarını əlləri ilə qorumalıdırlar. Qapalı məkanlarda olanlar təhlükəsiz otaqlara keçməli, qapı və pəncərələri möhkəm bağlamalıdırlar. Avtomobildə olanlara isə maşını saxlayıb yaxınlıqdakı binada və ya sığınacaqda gizlənmələri tövsiyə olunur.
Səfirlik vətəndaşları partlamamış sursatlara yaxınlaşmamağa və belə hallarda dərhal polisə məlumat verməyə çağırır. Turistlərə isə ekskursiyalardan çəkinmək və zərurət olmadıqca hotellərdən çıxmamaq tövsiyə olunur.
Səfirlik əlavə məlumatların öz rəsmi saytı və Facebook səhifəsində yerləşdiriləcəyini bildirib. Bəyanatın sonunda isə "Biz İsrailə və onun xalqına sülh arzulayırıq" ifadəsi yer alıb.