AZ

İrana aviazərbələr nəticəsində yaralananların sayı açıqlanıb

Bakı. Trend:

İsrailin İrana hava hücumları nəticəsində İranın 12 vilayətində95 nəfər yaralanıb.

Trend-inməlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsüMuctaba Xaledi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Şərqi Azərbaycan vilayətində yardım zamanıbir xilasedici ölüb.

Xaledi bildirib ki, hazırda xilasetmə və yardım əməliyyatlarıdavam etdirilir. Əməliyyatlarda Qırmızı Aypara Cəmiyyətinin 140komandası və 670 könüllü iştirak edir.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavabhücumunun həyata keçiriləcəyini bildirir.

Seçilən
40
az.trend.az

1Mənbələr