AZ

İran prezidenti xalqa müraciət edəcək KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

İran prezidenti Məsud Pezeşkian İsrailin İrana hücumu ilə əlaqədar tezliklə xalqa müraciət edəcək.

KONKRET.az trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar İran prezidentinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Paylaşımda bildirilir ki, İran prezidenti hücumdan sonra yaranan vəziyyətin idarə olunmasına rəhbərlik edir və Nazirlər Kabinetinin xüsusi iclası təşkil olunub.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
8
konkret.az

10Mənbələr