AZ

İsrail İran qarşıdurmasının müharibəyə çevrilməsi regionun təhlükəsizliyinə ciddi təhdid yaradacaq

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Dünyada müəyyən edilmiş və pozulmasına heç vaxt imkan verilməyəcək olan qaydalar var. Nüvə silahının yayılmaması bunlardan biridir. İran bu qaydanı pozmaq istəyir. Amma bu da asan deyil. Asan olsaydı, dünyada “nüvə ədalətsizliyi” olduğunu bir neçə çıxışında deyən Rəcəb Tayyib Ərdoğan Türkiyəni nüvə dövlətinə çevirmək üçün bir gün də gözləməzdi. Həm də Pakistan kimi nüvə dövləti ilə ittifaq halında ikən. İran isə qaydaları pozmaqda israrlıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə danışıb: “Gecədən bəri baş verənlər bir daha sübut edir ki, ölkə səmasının təhlükəsizliyini təmin edə bilməyən və bir gecədə baş qərargah rəisi, Sepah komandiri, nüvə alimləri öldürülən dövlət nüvə silahından istifadə etməməlidir. Çünki ölkənin təhlükəsizlik səviyyəsinin bu qədər aşağı olması gələcəkdə kütləvi qırğın silahının hər hansı terror qruplaşmasının əlinə keçməyəcəyinə hansı qarantiya verir?! İsrailin əsas hədəfi İranın nüvə dövlətinə çevrilməsinə imkan verməməkdir. Lakin "İsrail İranla müharibədə qalib gələ bilərmi?" sualı yaranır”.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Şəhla Cəlilzadə

Politoloq vurğulayıb ki, ötən ilin oktyabrından “Həmas”ı məğlub edə bilməyən İsrail İranla müharibədə təkbaşına qalibiyyət əldə edə bilməyəcəyini yaxşı başa düşür. Politoloqun fikrincə, İsrailin sabiq müdafiə naziri Gantz və baş nazirlər Lapid və Barak bu barədə dəfələrlə fikir bildirsələr də, Netanyahu öz düşüncələrindən geri addım atmır.

Şəhla Cəlilzadə qeyd edib ki, ABŞ son hücumun təşkilində iştirak etmədiyini iddia edir, amma bu iddia da inandırıcı deyil, əks halda hərbi-diplomatik personalını bölgədən uzaqlaşdırmazdı.

Politoloq hesab edir ki, müharibə uzanarsa, antiİran koalisiyasının yaranması istisna edilmir.

“Belə bir koalisiya yaransa, Azərbaycan və Türkiyə bu koalisiyada yer almaz. Türkiyə, Səudiyyə, BƏƏ, Pakistan müsəlman dünyasının aparıcı üzvləri olaraq İsrailin İrana hücumunu qınayıblar. Bircə İordaniya İsrailə yönələn hava hücumlarının dəf edilməsində yardım edib. Görünən odur ki, İbrahim Sazişlərinin antiİran koalisiyasına yol açması mümkünsüzdür. İranla müharibənin uzanması bütün region üçün təhdiddir”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
bizimyol.info

1Mənbələr