Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahu İrana hücumdan bir gün əvvəl Qərb - “Ağlama divarı”nı ziyarət edib və daşların arasına diqqət çəkən yazı qoyub.
Kult.az xəbər verir ki, Netanyahu ziyarətində İsraili "Yüksələn Aslan" adlandırıb.
Netanyahu “Dişi aslan kimi ayağa qalxan, şir kimi özünü ucaldan xalq” yazısını divarda daşların arasına yerləşdirib.
Qeyd edək ki, “Ağlama divarı” Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqlarıdır. Yəhudilər bu divarın qarşısında ağlayır, dualarını yazır və divarın daşlarının arasına qoyurlar. Bu ənənəyə görə ona “Ağlama divarı” deyilir. Yəhudi inancına görə, Allahın müqəddəsliyi bu nöqtədə davam edir.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.