AZ

NİİM sürücülərə müraciət edib

Bakı, 13 iyun, AZƏRTAC

Kameraların qeydə aldığı qəzalardan biri Nəsimi rayonu, Azadlıq və Vaqif prospektlərinin, digəri isə Nərimanov rayonu, Təbriz və Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişmələrində baş verib. Hər iki qəza zamanı svetoforlara zərər dəyib, yolun kənarında dayanan piyada isə xəsarət alıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

“Bu cür qəzalar bəzi sürücülərin yüksək sürətlə avtomobili idarə etməsi, svetoforun qadağanedici işarəsinə məhəl qoymaması, nizamlanan və nizamlanmayan yolayrıcı, manevretmə və digər qaydalara əməl etməməsi səbəbindən baş verir. Qəzalar zamanı yol infrastrukturuna ziyan dəyir, svetoforlar yararsız vəziyyətə düşür. Sürücülərin diqqətinə çatdırırıq ki, belə qəzalar daha çox mərkəzi küçə və prospektlərdə, piyadaların intensiv olduğu yollarda qeydə alınır. Buna görə də onlar özlərinin və digərlərinin həyatını təhlükəyə atmamaq üçün qaydalara əməl etməli və yolayrıcılarına daxil olarkən diqqətli olmalıdırlar”, - deyə sürücülərə müraciətdə bildirilib.

Seçilən
24
9
azertag.az

9Mənbələr