AZ

İsrail Təbrizi YENƏ VURDU – VİDEO

İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə kütləvi hücumunu davam etdirir. Məlumata görə, əməliyyatda 200-ə yaxın döyüş təyyarəsi iştirak edir. Son dəqiqələrdə İran Hərbi Hava Qüvvələrinin Təbrizdəki hava bazası, İran İnqilabı Keşikçiləri Korpusunun Şirazdakı raket zavodu, Borucerddəki raket və hərbi texnika anbarı dağıdılıb.

KONKRET.az bildirir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Fars xəbər agentliyi təfərrüatlı məlumat vermədən Təbrizə endirilən zərbələri təsdiqləyib. Bildirilib ki, daha əvvəl Şərqi Azərbaycan vilayətində 10-a yaxın məntəqə İsrailin hücumuna məruz qalıb.

CNN İsrail hərbçilərindən rəsmi şərh tələb etsə də, cavab almayıb.

İsrail qüvvələri İranın şimal-qərbində, Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindəki Şəkəri hava hücumundan müdafiə qərargahına zərbələr endirib.

İranın Mehr xəbər agentliyinin məlumatına görə, Təbriz hava limanı yaxınlığında bir neçə partlayış baş verib, obyektdən qara tüstü qalxır. Hava limanına və hava limanına yaxın dəmir yoluna ziyan dəyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
40
konkret.az

1Mənbələr