İran İsrailin başladığı hekayəni sona çatdıracaq.
Musavat.com xəbər verir ki, bu fikri İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf səsləndirib.
Qalibafın sözlərinə görə, İsraili və onun tərəfdarlarını “çox sərt və peşmanlıq doğuracaq bir cəza” gözləyir.
“İntiqam vaxtı çatıb və bu intiqam istənilən vasitə ilə, bütün imkanlar səfərbər olunmaqla həyata keçiriləcək. Biz onlara aradan çıxmağa imkan verməyəcəyik və onlara ağır zərbə endirəcəyik. Bu hekayəni onlar başladılar – lakin biz Allahın izni ilə onu sona çatdıracağıq”, - deyə İran parlamentinin sədri vurğulayıb.
Musavat.com