AZ

3000 avtomobil daşıyan gəmi 1 həftədir açıq dənizdə yanır

“Morning Midas” avtomobildaşıyan gəmisi artıq 1 həftədir açıq dənizdə yanır.

Avtosfer.az xəbər verir ki, gəmi hazırda Alyaska sahillərində 1,8 mil/saat sürətlə dreyf edir. Heyət gəmini təxminən 5 gün əvvəl tərk edib. Xilasetmə xidmətinin gəmini söndürmək cəhdləri uğursuz olub. Ərazidə dalğanın hündürlüyü 1,8 metrə çatır.

Göyərtədəki 3000 maşından 800-ü elektromobildir. Yanğın elektromobillər olan bölmədə başladığından onu ram etmək mümkün olmur. Alovu yalnız gəmini batırmaqla mümkündür. 

Ekspertlər bildirirlər ki, Çindən Meksikaya yola salınan bu avtomobillər gəmi də daxil olmaqla yalnız doğranıb metal tullantısı kimi istifadə edilə bilər.

Vüqar Yaşaroğlu

 

Seçilən
61
1
avtosfer.az

2Mənbələr