AZ

Qazaxıstan nəqliyyat potensialını gücləndirir

Astana, 13 iyun, AZƏRTAC

Qazaxıstanın ticarət donanmasının inkişafı çərçivəsində 2025-ci ildə altı quru yük gəmisi və iki bərə də daxil olmaqla səkkiz ədəd gəminin alınması planlaşdırılır.

AZƏRTAC bu barədə Qazaxıstan Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir.

Baş nazir Oljas Bektenovun sədrliyi ilə nəqliyyat sahəsində iri investisiya layihələrinə həsr olunmuş iclasda qeyd olunub ki, yeni layihələr arasında Astanadan Aktau limanı istiqamətində tranzit marşrutlarının məsafəsini 889 kilometr azaldacaq “Mərkəz-Qərb” avtomobil yolunun tikintisi də var.

Həmçinin bildirilib ki, Aktau limanında dibdərinləşdirmə işlərinə bu ilin iyulunda başlanacaq.

Qeyd edək ki, dərinləşdirmə işləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR) inkişafı üzrə kompleks tədbirlərin tərkib hissəsidir və artan yük axınına xidmət göstərməyə imkan verəcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
25
2
azertag.az

3Mənbələr