AZ

Hələ oyuna olan ehtiras və sevgim sönməyib Jordi Alba

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Barselona"nın və İspaniya millisinin sabiq müdafiəçisi, hazırda "İnter Mayami"nin uğurları üçün çalışan Jordi Alba 15 iyun - 13 iyul aralığında ABŞ-də keçiriləcək klublararası dünya çempionatı ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:

"Bizim üçün nə qədər çətin olacağının fərqindəyəm. Həmişə olduğu kimi, yenə həyəcanlı və istəkliyəm. "Barselona"da çıxış etmək, dünyanın ən yaxşı futbolçuları ilə çiyin-çiyinə mübarizə aparmaq şərəfinə nail olmuşam. Top komandalarla rəqabətin asan olmadığını bilirəm.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

İndi "İnter Mayami"də oynayıram, amma hələ oyuna olan ehtiras və sevgim sönməyib. Ümid edirəm ki, ciddi rəqib kimi yadda qalacağıq. Əsas olan budur ki, oyunlardan zövq alacağıq. Çünki bizim futbolçularımızın əksəriyyəti əvvəllər belə turnirlərdə oynamayıblar. Deməli, klublararası dünya çempionatı həm oyunçularımız, həm klubumuz, həm də azarkeşlərimiz üçün böyük fürsətdir".

Xatırladaq ki, "İnter Mayami"də Lionel Messi, Serxio Buskets və Luis Suares də çıxış edir.

Nihat 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
fanat.az

2Mənbələr