AZ

Subasma təhlükısi olan ərazilərdə layihələndirilmiş kəndlər açıqlandı

Xankəndi. Trend:

Zilanlı kəndinin Həkəriçayın sağ qolu olan Bazarçay çayınınqovuşma hissəsində olması subasma təhlükəsinin yüksək olmasınasəbəb olur.

Trend-in yerlimüxbiri xəbər ki, bunu Ekologiya və Təbii Sərvətlər NazirliyininGeoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli ƏliyevXankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrəİşçi Qrupunun növbəti iclasında deyib.

Ə.Əliyev qeyd edib ki, Həkəriçayın yamaclarında atmosferçöküntülərinin intensiv olduğu dövrdə formalaşan
sel sularının ötürülməsi nəzərə alınmalıdır:

"Xanlıq kəndinin 50%-i, Muğanlı kəndinin 15%-i, Zilanlı kəndininisə 70%-i subasma təhlükəsi olan ərazidə layihələndirilib. Ətrafərazidə yayılmış süxurların sukeçiricilik və süzülməxüsusiyyətlərinin yüksək olması kənd ərazilərində qrunt sularınınsəviyyəsinin səthə yaxın formalaşmasına səbəb olur".

İdarə heyətinin sədri bildirib ki, tikinti işlərinin köhnə kəndərazisindən kənarda və çay suyunun mütəmadi axdığı sahədəaparılması həmin sahələrin müxtəlif ekzogen geoloji proseslərə -çökmə, çökmə-oturma, subasma, sol sularına məruz qalmasına səbəbola bilər:

"Kəndlərin layihələndirilən ərazidə tikintisi zamanı subasma vəekzogen geoloji proseslərlə əlaqədar müvafiq qabaqlayıcı bərkidicitədbirlərin aparılması tövsiyə olunur".

Seçilən
25
az.trend.az

1Mənbələr