Hindistanda “Boeing 787 Dreamliner” təyyarəsinin qəzaya uğradığı yerdə iki qara qutudan biri tapılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Hindustan Times” nəşri məlumat dərc edib.
Əhmədabadda 300-dən çox insanın ölümü ilə nəticələnən faciəvi təyyarə qəzasından bir neçə saat sonra səlahiyyətlilər qəzanın səbəbini müəyyən etməyə kömək edəcək iki qara qutudan birini tapıblar”, – KİV yazıb.
Təyyarənin ön hissəsində yerləşən ikinci qara qutu hələ də tapılmayıb.
“Air India Boeing 787 Dreamliner” təyyarəsi Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarə həkimlər yataqxanasına çırpılıb.//Unikal”