Footbal-plus saytına istinadən ain.az xəbər verir.
Millimiz beynəlxalq yoldaşlıq oyunları çərçivəsində keçirdiyi hər iki matçda qələbəyə həsrət qaldı – Latviyanın meydanından “sülh”lə qayıdan komanda (0:0) evdə Macarıstana uduzdu (1:2).İndi futbol ictimaiyyəti AFFA İcraiyyə Komitəsinin yığmanın baş məşqçisi Fernando Santuşla bağlı qərarını gözləyir. Axı dünən onunla ötən il iyunun 12-də bağlanan 3 illik müqavilənin üstündən 1 il ötdü və milli hələ qələbə qazana bilməyib! Hər halda, komitənin toplantısını zəruri edən başqa məsələlər də var. Görüləcək o qədər iş var ki...Bəs iclasın baş tutacağı tarix bəllidimi? Ən əsası, Santuş Azərbaycandadımı?Bu sualları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenin rəhbəri Elnur Məmmədliyə ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
“Federasiyanın baş katibi Cahangir Fərəcullayev Latviyada jurnalistlərə verdiyi müsahibə zamanı iclasın iyunun sonunda və ya iyulun əvvəlində keçiriləcəyini bildirib. Dəqiq tarix hələ bəlli deyil. Fernando Santuşa gəlincə, o, Bakıdadı. Bəli, Azərbaycanı tərk edəcək, ancaq tarix bilinmir”.
KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.