AZ

Sonuncu İran şahının oğlunun xalqı üsyana çağırışını ciddiyə almaq oalrmı?..- Sabiq baş diplomat

“Doğrusu, İran daxilində sonuncu şahın oğlunu dəstəkləyəcək böyük bir qüvvənin varlığına inanmıram...”
 
İsrailə bağlı bəzi saytlarda yayılan məlumata görə, İranın sonuncu şahının oğlu və vəliəhd şahzadə Rza Pəhləvi İsrailin bu ölkəyə hücumundan sonra yaranmış vəziyyətdən yararlanaraq İran xalqını hazırda küçələrdəki zərbələr və etiraz aksiyaları ilə rejimi devirməyə çağırıb. Bəs görəsən, şahın varisini İran daxilində dəstəkləyən real qüvvələr varmı və onun bu çağırışını ciddiyə almaq mümkündürmü?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında sabiq baş diplomat Tofiq Zülfüqarov bunları dilə gətirib:
 
“Doğrusu, İran daxilində sonuncu şahın oğlunu dəstəkləyəcək böyük bir qüvvənin varlığına inanmıram. Amma reallıq odur ki, İranda  milli baxımdan bir çox etnik qruplar mövcuddur. Və ölkənin siyasi həyatına xeyli təsiri olan həmin qruplar çalışır ki, ölkədə onların milli hüquqlarının təmin edilməsi üçün müəyyən bir siyasi şərait yaransın. Biz görürük ki, azərbaycanlılar, kürdlər yaşayan bölgələrdə fəallıq böyükdür...  Yəni məsələ ondadır ki, şah rejimi yenidən bərpa olacağı halda belə bir şərait yaranacaqmı. Və sonuncu İran şahının siyasi varislərinin, o cümlədən onun oğlunun siyasi baxışları da tam bəlli deyil. Başqa sözlə, şahın vəliəhdi hakimiyyətə qayıdacağı təqdirdə hansı siyasi dəyişikliklər, islahatlar keçirəcəyini, yəni proqramını açıqlamalıdır. Əks halda ona kor-koranə inanın dəstək verənlər az olar. 
Hər halda İranın siyasi durumunu dərindən bilməsəm də, o məlumdur ki, İran cəmiyyətinin konseptual baxışları və siyasi elitanın radikal hissəsinin baxışlarıyla tamamilə bir-birinə ziddir. Bu da siyasi dəyişikliyi zəruri edir...”
 
Sultan Laçın  
 
 
 
Seçilən
48
2
moderator.az

3Mənbələr