İsrailin hərbi əməliyyatları nəticəsində İranın bir sıra yüksəkrütbəli hərbçiləri ilə yanaşı, nüvə sahəsi üzrə alimləri də həlak olublar.
AZƏRTAC xəbər verir ki, IRNA agentliyinin məlumatına görə, İranın nüvə sahəsi üzrə iki alimi - Məhəmməd Mehdi Tehrançi və Fereydun Abbasi də ölənlər arasındadır.
Həmçinin İsrailin əməliyyatı nəticəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) baş komandanı general-mayor Hüseyn Salami və Silahlı Qüvvələrin Mərkəzi Qərargahının (“Xatəm əl-Ənbiya” - hava hücumundan müdafiə qüvvələrinin qərargahı) komandanı general-mayor Qulaməli Rəşid həlak olub.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələrinin 200-dən çox qırıcısı gecə ərzində İranda 100-dən çox hədəfə hücum edib. Zərbələr nəticəsində dinc sakinlər arasında ölənlərin olduğu bildirilir.