Türkiyəli aktyor Yezdan Kayacan 34 yaşında dünyasını dəyişib.
News24.az Milli.Az-a istinadla xəbər verir ki, Aktyorlar Birliyi Yezdan Kayacanın vəfat etdiyini belə açıqlayıb:
“Dəyərli üzvümüz və həmkarımız Yezdan Kayacanı itirmənin tarifsiz ağrısını yaşayırıq. Ailəsinə, dostlarına və bütün sevənlərinə səbr diləyirik. Hamımıza başsağlığı verirəm”.
Tanınmış türkiyəli aktrisa Hazal Kaya da dostunun ölümü ilə bağlı keçirdiyi kədəri izləyirciləri ilə bölüşüb.
Qeyd edək ki, teatr tamaşalarında çıxış edən Kayacan 2018-ci ildə ‘Fındıklar Kırılırken’ filmində də rol alıb.
