AZ

İsrail Təbrizə zərbə endirdi – VİDEO

İsrail ordusu İrana növbəti hava zərbəsi endirib.


Manset.az-ın əldə etdiyi məlumata görə, hücumun ölkənin şimal-qərbində yerləşən Təbriz şəhərində həyata keçirildiyi bildirilir.

İran mətbuatının yaydığı xəbərlərə əsasən, gecə saatlarında İsrail tərəfindən paytaxt Tehran da daxil olmaqla bir neçə bölgəyə hava hücumu təşkil edilib. Yeni hücumda isə Təbriz şəhərinin hədəfə alındığı və xüsusilə şəhər hava limanının vurulduğu iddia olunur.

Hazırda hücum nəticəsində yaranan dağıntılar və mümkün insan tələfatı barədə rəsmi açıqlama verilməyib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


Seçilən
10
1
manset.az

2Mənbələr