AZ

Dövlət Xidmətinin rəisi Tovuzda vətəndaşların müraciətlərini dinləyib

Bakı, 13 iyun, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov iyunun 13-də Tovuz rayonunda yerləşən Nizami adına Mədəniyyət Evində Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edib.

SHXÇDX-dan AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad olunub.

Qəbulda 3 şəhid ailəsi və 9 müharibə iştirakçısı olmaqla, 22 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-da həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

 

Seçilən
40
7
azertag.az

10Mənbələr