AZ

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında iyunun 18-də avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək.

İdman.biz xəbər verir ki, yeniyetmə və gənc idmançıların iştirakı ilə təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən iştirak edəcək.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Reqlamentə əsasən, idmançılar akademik avarçəkmə və kanoedə birnəfərlik qayıqda 500 metr məsafə üzrə mübarizə aparacaqlar. Kayak qayığında isə 500 metr məsafədə həm təknəfərlik, həm də ikinəfərlik qayıqda çempionluq uğrunda mübarizə gedəcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
25
icma.az

10Mənbələr