Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə iyulun 11-də avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək.
Rekord.az xəbər verir ki, yeniyetmə və gənc idmançıların iştirakı ilə baş tutacaq turnirə Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən qatılacaq.
Reqlamentə əsasən, açıq Bakı çempionatında idmançılar akademik avarçəkmə və kanoedə 1 nəfərlik qayıqda 500 metr məsafə üzrə mübarizə aparacaqlar.
Kayak qayığında isə avarçəkənlər 500 metr məsafədə həm 1 nəfərlik, həm də 2 nəfərlik qayıqda çempionluq uğrunda yarışacaqlar.