Azərbaycan milli komandasının şərəfini qoruyan Cəlal Hüseynov "Şamaxı"dan ayrılıb.
Offsideplus.az xəbər verir ki, onun Şamaxı təmsilçisi ilə icarə müqaviləsinin müddəti başa çatıb.
22 yaşlı müdafiəçi müqavilə ilə məxsus olduğu Bolqarıstanın "Arda" klubuna qayıdıb.
Xatırladaq ki, "Şamaxı" Cəlalı bu ilin yanvarında icarəyə götürmüşdü.
Baş məşqçi Ayxan Abbasov futbolçuya 17 oyunda şans verib. Bu qarşılaşmalarda Hüseynov 1 qol vurub.
Onu da əlavə edək ki, mərkəz müdafiəçisi əsas yığmamızın heyətində 5 oyun keçirib.