AZ

Folklor İnstitutunda Rəqəmsal folklor və netnoqrafik analiz şöbəsi yaradıldı

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 13 iyun, AZƏRTAC

AMEA Folklor İnstitutunun strukturunda müasir dövrün çağırışlarına müvafiq olaraq Rəqəmsal folklor və netnoqrafik analiz şöbəsi yaradılıb. Bu barədə qərar Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Xankəndi şəhərində – Qarabağ Universitetində keçirilən xüsusi iclasında qəbul edilib.

Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, yeni şöbənin yaradılması “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nda müəyyən edilən prioritetlərə müvafiq olaraq, AMEA-da həyata keçirilən islahatlar fonunda humanitar və ictimai elmlərdə rəqəmsal transformasiyanın genişləndirilməsi, eləcə də süni intellekt texnologiyalarının tətbiqi zərurətinə əsaslanır.

Rəqəmsal hökumət və rəqəmsal cəmiyyət prinsipləri əsasında fəaliyyəti nəzərdə tutulan bu şöbədə yalnız ənənəvi ünsiyyət kontekstində deyil, həm də virtual mühitdə meydana gələn folklor prosesləri və bu proseslər nəticəsində yaranan xalq yaradıcılığı nümunələrinin sistemli şəkildə araşdırılması həyata keçiriləcək. Şöbə azərbaycandilli virtual folklor mühitində – sosial şəbəkələrdə, onlayn platformalarda yayılan memlər, deyimlər, internet nağılları və digər rəqəmsal folklor nümunələrinin toplanması, təhlili və arxivləşdirilməsi ilə məşğul olacaq.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Rəqəmsal folklor və netnoqrafik analiz şöbəsinin fəaliyyət istiqamətlərini əsasən bunlar təşkil edəcək:

- İnternet folklorunun nəzəri-metodoloji problemləri çərçivəsində azərbaycandilli virtual folklor mühitinin spesifikasının araşdırılması;

- Sosiotexnoloji və texnokulturoloji mühitdə folklorun təbiətinin araşdırılması, süni intellekt və folklor münasibətlərinin öyrənilməsi;

- Rəqəmsal folklor nümunələrinin (memlər, onlayn nağıllar, deyimlər və s.) toplanması, təsnifatı və arxivləşdirilməsi;

- Azərbaycandilli virtual sosial platformalarda folklorlaşma proseslərinin netnoqrafik metodlarla tədqiqi;

- Milli rəqəmsal folklor verilənlər bazasının yaradılması və strukturlaşdırılması;

- Elmi-etik prinsiplər gözlənilməklə süni intellekt texnologiyalarının (mətn analizi, avtomatik klasterləşdirmə və s.) tətbiqi ilə folklor materiallarının təhlili;

- Rəqəmsal folklorun milli kimlik, kollektiv yaddaş və ictimai özünüifadə vasitəsi kimi öyrənilməsi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
azertag.az

2Mənbələr