AZ

Güclü külək Xaçmazda fəsadlar törədib, onlarla kənd işıqsız qalıb

Güclü külək Xaçmaz rayonunda fəsadlar törədib, onlarla kənd işıqsız qalıb.

"Report"un Şimal bürosunun məlumatına görə, ötən gecədən baslayaraq əsən güclü külək Xaçmaz rayonunun yaşayış məntəqələrinin elektrik enerjisi və internet təchizatında problemə səbəb olub.

Ümumilikdə rayonun Əhmədoba, Qaracəlli, İstisu, Nabran, Qusarçay, Dədəli, Xaspoladoba və digər 50-dən artıq kəndinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Güclü küləyin təsiri ilə sözügedən ərazilərdə irigövdəli ağacların elektrik və internet xətlərinin üstünə aşması nəticəsində sakinlər işıqsız və internetsiz qalıblar.

Hazırda rayonun elektrik şəbəkəsinin canlı qüvvəsi və texnikaları fəsadların aradan qaldırılmasına cəlb olunub. Bu istiqamətdə işlər davam etdirilir.

Seçilən
10
1
report.az

2Mənbələr