AZ

Şotlandiyanın şəkili çempionu

Bakı. Trend:

“Diaspor TV”-nin çəkiliş qrupu Niderlandın Amsterdam şəhərindəyaşayan azərbaycanlı şahmatçı, FİDE ustası, Şotlandiyanın şahmatüzrə kişilərdən ibarət yığma komandasının üzvü, kişilər arasındaüçqat Şotlandiya çempionu Murad Abdulla ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, soydaşımız görüş zamanı şahmata olan marağınınnecə yarandığını, qazandığı uğurları, hazırda fəaliyyət göstərdiyipeşə sahəsini və gələcəyə dair planlarını bölüşüb. O, həmçinin birdiaspor nümayəndəsi kimi Azərbaycanın tanıdılması istiqamətindəgördüyü işlərdən və bununla bağlı keçirdiyi qürur hissindən də sözaçıb.

2000-ci ildə Şəkidə doğulan soydaşımız 5 yaşında ailəsi iləbirlikdə Şotlandiyaya köçüb və orada da şahmata başlayıb. Yerlimedia 2010-cu ildə Aberdin şəhərində keçirilən turnirdə güclüoyununa görə soydaşımızı "Nəhənglərin qatili" adlandırıb. 2015-ciildə Şotlandiyada "İlin gənc şahmatçısı" titulunu qazanan MuradAbdulla 2017, 2018 və 2022-ci illərdə isə Şotlandiya çempionuolaraq adını ölkənin şahmat tarixinə yazdırmağı bacarıb.

Son üç ildir ki, peşə fəaliyyəti ilə əlaqədar Amsterdamdayaşayan Murad hazırda “IMC” şirkətində treyder kimi çalışır.

Soydaşımızın müsahibəsini aşağıdakı linkə keçid edərək izləyəbilərsiniz:

https://www.youtube.com/watch?v=hMMduM8V7tU

Seçilən
9
3
az.trend.az

4Mənbələr