AZ

Masazır yollarından ŞİKAYƏT: Təmizliyə diqqət edən yoxdur

ain.az, Oxu.az saytına istinadən bildirir.

Abşeron rayonunun Masazır kəndində yol kənarına atılan məişət tullantıları sakinlərin narazılığına səbəb olub.

Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər şikayət ünvanlayıblar.

Qeyd olunur ki, Əliağa Vahid küçəsi ilə Turqut Xəlilbəyli küçələrinin kəsişməsində yol kənarına atılan tullantılar ətrafda xoşagəlməz görüntü yaradıb.

"Ətrafda natəmizlik hökm sürür. Yoldan keçən əlinə gələni atır bu əraziyə, amma təmizliyə diqqət edən yoxdur", - deyə sakinlərdən biri qeyd edib.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, müraciətdən dərhal sonra ərazi təmizlənib.

"Yaxın günlərdə sözügedən ünvanda abadlıq işləri də aparılacaq",- deyə məlumatda qeyd olunub.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
oxu.az

1Mənbələr