AZ

İran Rusiyadan hərbi yardım istədi – Kremlin cavabı...

İsrailin İranın nüvə obyektlərinə ağır zərbə endirməsindən sonra Tehran Moskvanı Rusiyaya bütün silah tədarükünü dayandırdığı barədə xəbərdar edib.

Aktual.az xəbər verir ki, bu barədə "Kremlyovskaya Tabakerka” kanalı Rusiya Prezident Administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, üstəlik, Moskva hərbi yardım üçün müraciət alıb:

"İranın Rusiyadan hansı yardımı tələb etdiyi hələ bəlli deyil. Amma Kreml İsraillə açıq münaqişəyə girməyə tələsmir. İranla yaxşı hərbi əməkdaşlığımız var. İndi mahiyyətcə bizdən münaqişəyə qarışmağı tələb edirlər. Bu bizim nəyimizə lazımdır?”

Rusiya Müdafiə Nazirliyindəki mənbələrin kanala verdiyi məlumata görə, İrana yardım qərarını prezident verəcək:

"Lakin prioritet hələ də "xüsusi hərbi əməliyyat” çərçivəsində vəzifələrin həyata keçirilməsidir. Ona görə də yaxın günlərdə çətin ki, İrana ciddi silahlar verilsin. Ancaq başqa yardım mexanizmləri də var”.

Seçilən
17
5
ulusum.az

6Mənbələr