AZ

Murat Demirci: Heydər Əliyev adına məktəb Kahramanmaraşın bütün təhsil ocaqları üçün nümunədir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kahramanmaraş, 13 iyun, AZƏRTAC

Kahramanmaraşın “Azərbaycan” məhəlləsindəki Heydər Əliyev adına məktəbin layihəsi vilayətin bütün təhsil ocaqlarına nümunədir. Burada müasir təhsil sisteminin qurulması üçün lazım olan hər şey var.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Kahramanmaraşdakı Heydər Əliyev adına ibtidai məktəbin direktoru Murat Demirci deyib.

Onun sözlərinə görə, ibtidai məktəbdə sinif otaqlarından əlavə rəsm və musiqi məşğələləri üçün xüsusi kabinetlər, texnologiya emalatxanası var. “Uşaqların potensialını tam üzə çıxarmağa imkan verən kitabxana və idman zalı da var”, - deyən direktor Heydər Əliyev adına ibtidai məktəbdə bir növbədə 800-ə qədər uşağın təhsil ala biləcəyini bildirib.

Məktəb direktoru təbii fəlakət zonasında əhaliyə göstərdiyi dəstəyə görə Azərbaycan xalqına və dövlətinə, şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib. “Çətin məqamda Azərbaycan bir daha qardaşlıq nümayiş etdirdi. Bunun bariz nümunəsi Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsidir ki, burada ibtidai məktəblə yanaşı, yaşayış binaları tikilib, mədəniyyət mərkəzinin də inşası planlaşdırılır”, -deyə Dəmirçi qeyd edib. O, Kahramanmaraş sakinlərinin Azərbaycana xüsusi rəğbətini də vurğulayıb.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Azərbaycanın Ümummilli Lideri ilə bağlı keçirilən tədbirlərə toxunan məktəb direktoru Mədəniyyət Mərkəzinin açılışı ilə Kahramanmaraşda Heydər Əliyevlə həsr olunan anım proqramlarının daha əhatəli olacağına əminliyini ifadə edib.

Direktor, həmçinin kahramanmaraşlı uşaqlara Azərbaycan dilinin tədrisinin təşkilinə, eləcə də Azərbaycan milli rəqsi üzrə uşaq dərnəklərinin açılacağına ümid etdiyini bildirib.

O diqqətə çatdırıb ki, bu gün Heydər Əliyev məktəbində 2023-cü ilin fevralında baş vermiş zəlzələlər nəticəsində binaları dağılmış və ya ciddi zərər görmüş Kahramanmaraşın bir sıra digər təhsil ocaqlarının şagirdləri də təhsil alırlar. “Düşünürük ki, yaxın 10 ay ərzində vəziyyət normallaşacaq və şagirdlər yenidən tikilmiş digər məktəblərə qayıdacaqlar”, -deyə agentliyin həmsöhbəti bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kahramanmaraş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
azertag.az

1Mənbələr