AZ

Xamenei təsdiqlədi: İsrailin öldürdüyü Baqeri və Salamini onlar əvəz edəcək

İranın dini lideri Əli Xamanei keçmiş ordu komandiri general-mayor Əbdülrəhim Musəvini Baş Qərargah rəisi təyin edib.

Publika.az
xəbər verir ki, briqada generalı Məhəməd Pakpuru isə SEPAH-ın komandanı təyin edib.

Pakpuru daha öncə SEPAH-ın Quru Qoşunlarının komandiri olub.

Bununla yanaşı, Xamenei tərəfindən general-mayor rütbəsi verilən Əli Şadmani Baş Qərargahın “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı təyin edilib.

Qeyd edək ki, İsrailin hücumu nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, Baş Qərargahın “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı Qulam Əli Rəşid və SEPAH komandanı Hüseyn Salami öldürülüb.

Asif

Seçilən
30
publika.az

1Mənbələr