Bakı. Trend:
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanın dünyanınsiyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşılaşdığı bir məqamdaxilaskarlıq missiyasını öz üzərinə götürməklə, öz xalqı və ölkəsiqarşısında ən böyük xidmətlərindən birini göstərmişdir.Müstəqilliyimizin ilk iki ili ərzində respublikada sürətlə davamedən mürtəce, dağıdıcı proseslər 1993-cü ilin may-iyun aylarındaölkəni vətəndaş müharibəsinin başlanması ərəfəsinə gətirmiş vəmüstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisindeputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, belə bir mürəkkəb dövrdə Azərbaycan xalqıdövlətin və millətin başı üzərini almış ölümcül təhlükələrdənyeganə xilas yolunun yalnız Ulu Öndərin ölkəyə rəhbərliyi özüzərinə götürməsində olduğunu zamanında görərək, Heydər Əliyevinhakimiyyətə gətirilməsi tələbini irəli sürdü. “Bundan sonra ölkənino dövrkü rəhbərliyi Ulu Öndəri Bakıya dəvət etməyə məcbur oldu.Beləliklə, 1993-cü il iyunun 15-də Milli Məclisdə Heydər Əliyevparlamentin sədri seçildi. Sonralar millət vəkilləri 15 iyuntarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifiilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdanqədirbilən xalqımız Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətəqayıdışını Milli Qurtuluş günü kimi qeyd edir. Ölkənin, xalqın,Azərbaycan dövlətçiliyinin taleyinin həll olunduğu ağır bir zamandaxalqın çağırışına səs verərək yenidən hakimiyyətə qayıdan HeydərƏliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü və bu yoldamisilsiz fədakarlıq nümayiş etdirərək, ölkəmizi ictimai-siyasi xaosvə anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidəolunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cürqəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyənetdi.”
K.Qafarov Ümummilli Liderimizin dövlət quruculuğu işinin ənmühüm istiqamətlərində böyük uzaqgörənliklə atdığı məqsədyönlü vəzəruri addımların ölkəmizin bugünkü inkişaf səviyyəsinə çıxmasıbaxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb, eynizamanda da, bu gün ölkəmizin əldə etdiyi parlaq qələbələrinəsasında məhz Heydər Əliyev ideyalarının durduğunu diqqət mərkəzinəçəkib:
“Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimizqarşısında olan sonsuz sayda ən önəmli xidmətləri sırasındaqüdrətli Ordu quruculuğu sahəsində görülən işlər xüsusi yer tutur.Heydər Əliyev bu sahənin müstəsna əhəmiyyətini hələ sovet dönəmindədüzgün qiymətləndirərək, o dövrdə respublikada hakimiyyətəgəlişindən dərhal sonra hərbi kadrların hazırlanması istiqamətindəxüsusi səylər göstərməyə başladı.
Qeyd olunmalıdır ki, müstəqilliyin ilk illərində mövcud olan,ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlıbirləşmələr 1993-cü ildən sonra Ali Baş Komandan cənab HeydərƏliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğvedilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizamisilahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlərgörülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbiintizam möhkəmləndirilmişdir.
Məhz Ulu Öndərimizin əsasını qoyduğu qüdrətli Azərbaycan Ordusu2020-ci ildə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlhamƏliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbə qazanaraq30 illik işğala son qoydu. 2023-cü ilin sentyabr ayında isə cəmibir gün davam edən antiterror əməliyyatı nəticəsində ölkənin ərazibütövlüyü və suverenliyi tam bərpa edildi. Bu il artıq ikinci dəfəolaraq Azərbaycan xalqı Milli Qurtuluş Gününü ölkəmizin istisnasızbütün ərazisində böyük təntənə ilə qeyd edəcək. Bu, Azərbaycandaolan xalq-iqtidar birliyinin ən böyük təntənəsi, Heydər Əliyevsiyasi irsinin ölməzliyinin bariz nümayişidir”.