AZ

Saatlı şəhərində müharibə iştirakçıları üçün məlumatlandırma sessiyası keçirilib » AzadMedia.az


“Demokratiyanı Öyrənmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müharibə iştirakçılarının hüquqlarının müdafiəsinə dəstək” layihəsi çərçivəsində müharibə iştirakçıları üçün növbəti məlumatlandırma sessiyası keçirib.

Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, 11 İyun 2025-ci ildə Saatlı şəhərində təşkil edilən sessiya Birliyin sədri Mirəli Hüseynovun iştirakçılara layihənin əsas vəzifələri və təklif edilən xidmətlər haqqında məlumat verməsi ilə başlayıb. O, layihənin əsas komponentləri olan hüquqi məlumatlılığın artırılması və hüquqi yardım xidmətinin artırılmasına olan zərurət, bunların əhəmiyyəti və digər məsələlər ilə bağlı iştirakçılara məlumat verib.

Layihə eksperti Vüqar Hüseynov ”Müharibə iştirakçılarının statusu və sosial hüquqları” mövzusunda təqdimatla çıxış edib. Ekspert müharibə iştirakçıları anlayışına aydınlıq gətirmiş, müharibə veteranı və müharibə ilə əlaqədar əlillik statusunun əldə edilməsinin şərtləri və mexanizmlərini izah etmiş və bu koteqoriyadan olan şəxslərin imtiyazları, güzəştləri və digər üstünlükləri ilə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırmışdır.

Bu cür tədbirləri yüksək qiymətləndirən müharibə iştirakçıları onları maraqlandıran suallara da cavab tapmaq fürsəti əldə ediblər.

Tədbir iştirakçıları həmçinin onlara təklif olunan pulsuz hüquqi yardım xidməti haqqında da məlumatlandırılıblar. Layihə hüquqşünası Vazeh Zahidov və onun əlaqə koordinatları təqdim edilmiş, hüquqi yardım xidmətinin predmeti, formaları və müddətləri ilə bağlı ətraflı məlumat verilmişdir.
Fotolar
Seçilən
44
4
azadmedia.az

5Mənbələr