Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə iyunun 17-dən etibarən, 2025/2026-cı tədris ili üzrə I sinfə şagird qəbulu imtahanları başlayır. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, məktəblərə qəbul üçün ümumilikdə 18 min 665 namizəd qeydiyyatdan keçib. Onlardan 16 min 548 nəfəri musiqi, 1 427 nəfəri rəssamlıq, 690 nəfəri isə xoreoqrafiya istiqamətləri üzrə müraciət edib.
İmtahanlar rayon və şəhərlərdə mərkəzləşdirilmiş formada, aidiyyəti üzrə təşkil olunmuş imtahan mərkəzlərində aparılacaq.
Namizədlərə imtahanın tarixi və yeri barədə bildirişlər bu gün ərzində şəxsi kabinet, elektron poçt və SMS vasitəsilə təqdim olunacaq.
Qəbul prosesi rəqəmsal texnologiyaların tətbiqi ilə təşkil olunur.