AZ

“Fənərbağça” Neymara təklif göndərdi

“Santos”da çıxış edən Neymar karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Fənərbağça” braziliyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubunun Neymara 1+1 illik müqavilə təklif etdiyi bildirilib.

33 yaşlı futbolçu “Santos”da 14 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.

Seçilən
35
1
futbolpress.az

2Mənbələr