AZ

İranda Azərbaycan vətəndaşlarının zərər çəkməsi ilə bağlı məlumat daxil olmayıb - RƏSMİ

İsrailin İrana hücumu nəticəsində zərər çəkmiş şəxslər arasında Azərbaycan vətəndaşlarının olması barədə qaynar xətlərə məlumat daxil olmayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, İsrail iyunun 13-ü gecə saatlarında İrana qarşı "Rising Lion" əməliyyatı keçirib. Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami və bir neçə nüvə alimi ölüb.

 

Seçilən
38
4
7news.az

10Mənbələr