AZ

Azərbaycan-BƏƏ tərəfdaşlığının inkişafı müzakirə olunub

Yazını böyüt
Yazını kiçilt

İqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirlə videokonfrans formatında görüş keçirib.

Nazirlikdən hafta.az-a bildirilib ki, görüşdə qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ münasibətlərinin inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, BƏƏ ilə iqtisadi-ticarət sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir.

BƏƏ-nin ADNOC şirkəti ilə SOCAR arasında “Abşeron” qaz-kondensat yatağının birgə işlənməsi, “Masdar” şirkəti ilə yaşıl enerji üzrə həyata keçirilən uğurlu əməkdaşlıqlar qeyd olunub. Bununla yanaşı, ölkələrimiz arasında investisiya, enerji, sənaye, rəqəmsal həllər, nəqliyyat, qida təhlükəsizliyi və digər sahələr üzrə işbirliyinin inkişafı imkanları genişdir.

Tərəflər sənaye və digər sahələrdə tərəfdaşlığın inkişafı, təcrübə mübadiləsi və iki ölkənin iş adamları arasında əlaqələrin təşviqi barədə fikir mübadiləsi aparıblar.

Seçilən
0
4
hafta.az

5Mənbələr