AZ

Şuşa yenə paytaxt olacaq Bu dəfə turizm paytaxtı!

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Şuşa 2026-cı ilin İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm paytaxtı olacaq. 

Bu, irs və iradənin məkana çevrilməsi deməkdir. 

Bu, Zəfərin ruhani arxitekturasından xəbər verir. 

Qədim Şuşa – sadəcə coğrafi məkan deyil, mədəniyyətin göyüzü, mənəviyyatın aynası, tarix və taleyin bənzərsiz birliyidir. Onun yenidən doğuluşu, Zəfərlə geri alınaraq dirçəldilməsi həm ulusual yaddaşımıza, həm də uluslararası görkəmimizə yeni nəfəs verdi. 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm nazirlərinin doğma Ərdəbildə keçirilmiş toplantısında Şuşanın 2026-cı il üçün “İƏT-in Turizm Paytaxtı” elan olunması, bu ruhani yüksəlişin uluslararası miqyasda tanınması və etirafıdır.

Prezident İlham Əliyevin 12 iyun 2025-ci il tarixli müvafiq Sərəncamı, sadəcə rəsmi sənəd deyil, bu qərarın funksional, konseptual çərçivəsini müəyyən edən strateji mədəniyyət bəlgəsidir. Həmin Sərəncam, Şuşanın təkcə bir şəhər kimi yox həm də “ideyalar platformu” kimi formalaşmasına xidmət edəcək.

Bundan öncə Türk dünyasının, İslam dünyasının Mədəniyyət paytaxtı olan, respublikamızın əbədi Mədəniyyət paytaxtı Şuşanın qlobal təqvimə düşməsi gözəldir, zövq və qürurvericidir, əlbəttə; əlbəttə, İƏT-in seçim fəlsəfəsi də maraqlıdır.

İƏT-in turizm paytaxtları, ümumiyyətlə, İslam dünyasında ortaq irsin, tarixi yaddaşın və mədəniyyətlərarası dialoqun simvolları olaraq seçilir. Bu baxımdan Şuşanın belə bir statusa layiq görülməsi, təkcə siyasi və ya iqtisadi deyil, həm də mədəni-mənəvi legitimlik anlamı daşıyır.

Şuşa, necə deyəglər, İslam memarlığı ilə Avropa estetikası arasında qurulmuş unikal bir Azərbaycan şəhəri modelidir. Burada musiqi ilə daşın, poeziya ilə doğanın harmoniyası var. Bu harmoniyanın İƏT məkanında paylaşılması, Azərbaycanın “mədəniyyət diplomatiyası” modelinin daha bir uğuru kimi də oxunmağı haqq edir.

Prezident Sərəncamında Nazirlər Kabinetinə verilən tapşırıq – Tədbirlər planının hazırlanması – əslində, ikiqatlı bir məqsədə xidmət edir. -

 1. Fiziki və sosial infrastrukturun gücləndirilməsi: Turizm üçün zəruri olan hotel, daşımaçılıq, bağlantı (kommunikasiya), xidmət və informasiya sahələrinin uyğunlaşdırılması;

 2. Mədəniyyətin konseptual tanıtımı: 

Şuşa yalnız “gedilən yer” deyil, həm də “yaşanan təcrübə” kimi təqdim olunmalıdır. Bu isə yalnız proqram yox, fəlsəfə tələb edir.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Burada əsas olan təkcə tədbirlər yox, həmin tədbirlərin mənəvi təsiridir. Çünki Şuşaya gələn hər kəs, əslində, yalnız şəhəri deyil, bizim ulusun dirəniş yaddaşını ziyarət etmiş olur.

Bəzən turizm sadəcə istirahət, səfər və əyləncə kimi tanıdılır; lakin Şuşanın kontekstində bu anlayış daha da dərinləşir. Burada söhbət ziyarətkar (ingilis demiş, “pilgrimage tourism”, “spiritual tourism” - yəni sırf kommersiya məqsədli deyil, daha mənəvi və mədəni motivasiyalarla həyata keçirilən) turizmdən, mədəniyyət əsaslı mənəvi səyahətdən gedir. Bu növ turizm:

-Tarixi biliklərin təbliğinə;

-İslam dünyasının mədəni dialoquna;

-Gənc nəsildə milli və dini kimliyin təzahürünə;

-Uluslararası işbirliyi platformlarının genişlənməsinə xidmət edəcək.

Eyni zamanda, bu istiqamət “yumşaq güc” (soft power) anlayışının bölgəsəl interpretasiyası kimi qəbul edilə bilər.

İƏT-in Turizm paytaxtı statusu çərçivəsində Şuşada indi sıralayacağımız tədbirlərin həyata keçirilməsi gözləniləndir:

-İƏT ölkələrinin gəncləri arasında “Mədəniyyətlərarası Dialoq Forumu”;

-“Şuşa və İslam İrsi” mövzusunda beynəlxalq konfrans və alimlərin debatları;

-İslam ölkələrinin sənətkarlarının iştirakı ilə xalçaçılıq, zərgərlik, keramika sərgiləri;

-Muğam və sufi musiqisinin iştirak etdiyi “Ruhani Musiqi Festivalı”;

-“Şuşaya məktub” uluslararası esse və video-yarışması.

Bu tədbirlərin mahiyyəti Şuşanı dünyanın ruhani nəfəs ala biləcəyi bir şəhərə çevirməkdir.

Mədəniyyət – zamanın danışan dilidir, Şuşa isə o dilin səsləndiyi Zirvə!

Şuşanın İƏT Turizm paytaxtı seçilməsi, təkcə bir ünvan deyil – bir ismarıcdır. Bu ismarıc ulusumuzun öz mədəniyyətinə yiyə durmasının, onu bərpa etməsinin, dünya ilə paylaşmasının ifadəsidir.

Prezident İlham Əliyevin başçılığı ilə bu yöndə atılan addımlar – həm siyasi iradənin həm də mədəniyyətin strateji baxışla idarə edilməsinin örnəyidir.

2026-cı il Şuşa üçün bir Turizm ili olması ilə bitməyəcək – bir təqvim ilinə sığmayan mənəvi yüksəliş aşaması olacaqdır. Bu aşama bizim yaddaşımıza təkcə tədbirlərlə deyil, ideyalarla, emosiyalarla və qürurla yazılacaq…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
modern.az

3Mənbələr