AZ

"Turizm Agentliyinin Çində və Türkiyədə nümayəndəliyi açılacaq"

Turizm agentliyinin Çində və Türkiyədə nümayəndəliyi açılacaq.  Azərbaycan cari ilin sonuna qədər Çində və Türkiyədə rəsmi turizm nümayəndəliyini açmağı planlaşdırır.

FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə bildirib.

O bildirib ki, Çin bazarı gələcək üçün prioritet istiqamətlərdən biri kimi müəyyən edilib: Ölkə rəhbərliyi səviyyəsində bu istiqamətdə qərarlar qəbul edilir, beynəlxalq sazişlər imzalanır və turizm sənayesinə dair tapşırıqlar verilir. Hazırda texniki-maliyyə məsələləri yekunlaşmaq üzrədir və ilin sonuna qədər Çində rəsmi turizm ofisimizin açılması planlaşdırılır, - deyə agentlik rəsmisi vurğulayıb.

K.Quluzadənin sözlərinə görə,  “China Ready” strategiyası çərçivəsində çinli turistlər üçün xüsusi bələdçilər hazırlanır, həmçinin onlara uyğunlaşdırılmış onlayn platformalar və çap məhsulları üzərində iş aparılır.

Qeyd edək ki, hazırda agentliyin İsraildə (Tel-Əviv) və Rusiyada (Moskva) turizm nümayəndəliyi fəaliyyət göstərir.

Seçilən
40
2
fed.az

3Mənbələr