BAKI, 13 iyun. TELEQRAF
Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,4 manat ətrafında dəyişib.
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə, ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb.
Qeyd edək ki, ölkədə 26 un istehsalçısı var.