AZ

Təbrizə növbəti raket hücumu: Ölənlər və yaralananlar var - YENİLƏNİB + FOTO/VİDEO

İsrailin bu gün həyata keçirdiyi hücum nəticəsində Təbrizdə beş nəfər həyatını itirib.
 
Moderator.az-ın "Mehr" agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə vilayətin Fövqəladə Halların İdarə Olunması Baş İdarəsinin rəhbəri Məcid Fərşi xəbər verib.
 
Onun sözlərinə görə, hücum zamanı daha 12 nəfər yaralanıb.
 
14:24
 
İsrail Təbriz şəhəri ətrafına yenidən raket hücumu həyata keçirib.
 
Bu barədə "Mehr" agentliyi xəbər verib.
 
Məlumata görə, partlayış səsləri Təbrizin ikinci hərbi hava bazasının (Şikari bazası) yaxınlığından eşidilib. Hücumun dəqiq nəticələri və mümkün tələfat barədə hələlik rəsmi açıqlama verilməyib.
 
Hadisə ilə bağlı yayımlanan görüntülərdə partlayış anı və alov topu müşahidə olunur. Hazırda bölgədəki vəziyyətlə bağlı araşdırmalar davam etdirilir.
 
Rəsmi qurumların mövqeyi açıqlanacağı təqdirdə, əlavə məlumat təqdim olunacaq.
 
Həmçinin "Azad İran" "Telegram" kanalı İsrailin Təbrizi hədəfə aldığı anların görüntülərini paylaşıb.

 

Seçilən
52
2
moderator.az

3Mənbələr