AZ

Toksik münasibətlərdən necə xilas olaq?

ain.az xəbər verir, News24 saytına əsaslanaraq.

"Bəzi insanlar toksik münasibətlər yaşayırlar. Bunların müxtəlif səbəbləri olur". 

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, böyüdüyümüz mühit və yaşadığımız yaşayış tərzinin münasibətlərimizə birbaşa təsiri var:

"Münasibətlərdə həm bir, həm də iki tərəfin toksik olması mümkündür. Bir insan daima toksik insanlarla rastlaşaraq ömrünü keçirə bilər. Sözsüz ki, bunun da ən böyük səbəblərindən biri duyğularımızın fərqinə varmamağımızdır. 

Əslində, toksik münasibət yaşayan insanın uşaqlıqda yaşadığı sevgi-dəyər anlayışı buna ciddi şəkildə təsir göstərir. Çünki bəzən belə insanlar uşaqlıqdan etibarən toksik sevgi anlayışı görürlər".

Ekspert bununla bağlı nümunə də verib:

"Məsələn, toksik münasibət görən insanların əksəriyyəti uşaq vaxtı qarşısındakına sevgi, dəyər göstərdiyi zaman valideynləri onun qarşınısı sərt şəkildə almış şəxslər olurlar. Bəzən uşaqlıqda buna görə tənqid və ya alçaldılma gördükləri üçün sevgi anlayışı incidilməkdən, acıdan ibarət olur. 

Həmçinin, sevgisizlik və soyuq rəftarla böyüyən insan da gələcəkdə toksik münasibətlər qurur. Yəni uşaqlıqda böyüdüyümüz mühit gəcələk həyatımızı dizayn edir. Ona görə də uşaqlarımızı sevgi verərək böyütmək lazımdır". 

Psixoloqun sözlərinə görə, bütün problemlərimiz yaşadığımız mühitdən qaynaqlanır:

"Nəzərə almaq lazımdır ki, insan mühitə uyğunlaşır. Əgər biz meşədə böyüyürüksə, şəhərə uyğunlaşa bilmərik. Şəhərdə böyüyürüksə, bu zaman da meşəyə uyğunlaşa bilmərik. Uyğunlaşmaq günlərimizi, aylarımızı və illərimizi alar. 

Ümumiyyətlə, qarşıdakı insanı həddindən artıq idarə etmək, qarşısında olan insanın duyğularını önəmsəməmək, ona hər zaman nəzərət etməyə çalışmaq toksik münasibətin təzahürüdür. Bunlar adətən insanın özünün istəyi ilə baş vermir. Bundan başqa, maddi baxımdan asılılıq da sonda toksik münasibətlərə gətirib çıxara bilir".

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Mütəxəssis toksik münasibətdən xilas olmağın yollarından da danışıb:

"İlk növbədə bunu fərqinə varmaq lazımdır. Bir insan əgər kənddə və ya şəhərə uyğunlaşmaq istəyirsə, onun fərqinə varmalıdır. Yəni harada yaşadığını, necə bir şəraitdə və mühitdə olduğunu anlasa, problemi həll edə bilər. 

 Bir insan yaşadığı mühitin ona ağırlıq etdiyinin fərqinə vardığı zaman bunu mülayimliyə çevirməlidir. Birinci yaşadığı duyğuların nə olduğunu, necə bir ağırlara gətirib çıxardığını dərk etməlidir. Duyğuların fərqinə vardıqdan sonra isə onu incidən yerdən özünü inkişaf etdirərək uzaq durmağa çalışmalıdır".

Nabat Mirzəyeva sözlərini belə yekunlaşdırıb:

"Yəni hər bir şəxs sərhədlərini qoymağı bacarmalı, "mən artıq bunu sevmirəm,qəbul etmək çətindir" deyərək həmin yerdən çıxmağı bacarmalı, özünə qayğı göstərməli və səhvlərini düzəltməlidir. Onu incidən insanlardan ayrılmaq çətin olsa belə, digər sevdiyi və ona yaxşı gələn insanlarla vaxt keçirərək, öz inkişaf və fərqindəliyini gücləndirməlidir. Beləliklə, ona toksik gələn insanlardan uzaq olmalıdır. 

Burada ən önəmli faktorlardan biri planlı şəkildə ayrılmaqdır. Daha dəqiq desək, toksik münasibətdə olduğumuz insandan anidən deyil, mərhələli şəkildə ayrılmalıyıq. Digər sevdiyimiz insanlar, dostlarımız və ailəmizlə güclü bir bağ qurmağa çalışmalıyıq. Bütün bunlar alınmırsa, o zaman mütləq şəkildə yaşadığımız toksik münasibətlərlə bağlı psixoloq, psixiatr və ya psixoterapevtə müraciət etməliyik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
2
news24.az

3Mənbələr