AZ

Baş redaktordan İsrailin İrana hücumuna REAKSİYA

“Dəhşətlisi nədir? Odur ki, özünün regionun açar dövlətlərindən biri olduğunu deyən bir ölkənin kəşfiyyatı, hərb sistemi generallarının, nüvə alimlərinin təhlükəsizliyini təmin edə bilmir, amma “Zəngəzur dəhlizinin açılmasının qarşısını aldıq” deyir”.

Bu sözləri “Cebhe.info” Xəbər Portalının və “Cümhuriyət” qəzetinin baş redaktoru, siyasi şərhçi Rəfail Becanov deyib.

O bildirib ki, paradoks da məhz belə olur:

“Təbii ki, regionumuzda baş verən istənilən hadisə, xüsusən böyük arealı əhatə edə biləcək müharibə maraqlarımıza cavab vermir. O xüsusa əlavə etmək istədiyimiz məqamlardan biri İran rejiminin tabeçiliyində, güneydə yaşayan soydaşlarımızla bağlıdır.

Amma nə etmək olar? İran rejimi heç bir təklifə, müzakirəyə hazır deyil. Nə rejimi dəyişmək istəyirlər, nə də nüvə istəyindən əl çəkirlər”.

Baş redaktor qeyd edib ki, bu siyasətlə, indiki rejimlə və istəklə davam etməsi üçün özü-özünə şans tanımır: 

“ABŞ ilə aparılan nüvə danışıqlarının nəticəsiz qalması, hətta bir az da qabağa gedərək, nüvə dövlətinə çevrilmək hədəfindən geri durmayacağıq bəyanatlarının qarşılığı belə olmalıydı. 

Bütün nəticəsiz görüşlərin sonu belə olur. Çünki İran danışıqlar pərdəsi altında öz işini görməkdə və nüvə dövlətinə çevrilmək üçün cəhdlərini davam etdirməkdə idi.Təbii ki, ABŞ də, İsrail də bunu bilirdi və qarşılıq göstərəcəkdilər. Proqnozlar doğruldu”.

Onun sözlərinə görə, İsrail bir gecədə o qədər sürətli planla zərbə vurdu ki, bundan sonra İran nə etsə belə, heç nəyi dəyişməyəcək:

“İran kəşfiyyatı və hərb sisteminin çöküşü hamıya aydındır. Bütünlükdə sarsıldı. Nüvə obyektləri, nef emalı sənayesi vuruldu. Tehran, Təbriz, Əhvaz, Nətənz, Qəsri-Şirin şəhərlərindəki obyektlərə hava zərbələri endirildi.

Köhnəlmiş hava hücumundan müdafiə sistemləri bunun qarşısını ala bilmədi. İllərlə təbliğatla beyinlərə yeridilən hərbi güc, kəşfiyyat sistemi bir gecənin içində darmadağın oldu. Adamın yadına Ermənistan ordusu haqqında illərlə yaradılan mif, keçilməz deyilən “Ohanyan səddi” düşür. O sədd ki, “Dəmir yumruq” onu əbədilik darmadağın etdi”.

“Cebheinfo.az”

Seçilən
15
cebheinfo.az

1Mənbələr