Qahirə, 13 iyun, AZƏRTAC
İordaniya Hərbi Hava Qüvvələrinin təyyarələri və hava hücumundan müdafiə sistemləri ölkənin hava məkanına daxil olan bir neçə raket və pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
AZƏRTAC PETRA agentliyinə istinadla xəbər verir ki, İordaniya Kral Hərbi Hava Qüvvələrinin təyyarələri ölkənin hava sərhədlərini qorumaq, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə yüksək hazırlıq vəziyyətinə gətirilib.
“İordaniya hava məkanına daxil olan raketlərin və PUA-ların ölkə ərazisinə, insanların yaşadığı ərazilərə düşməsinin qarşısının alınması üçün səmada vurulub”, - deyə məlumatda bildirilir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə