"Ordumuz bu əməliyyatın məqsədlərinə tam surətdə çatmaq üçün hücum planını həyata keçirir. Əməliyyat hələ yeni başlayıb. Hərbçilərimizin İranın cavab tədbirlərini də nəzarətdə saxlayır",- Defrin söyləyib.
Mətbuat sözçüsü həmçinin bildirib ki, İranda əməliyyat nəticəsində aviazərbə endirilən "Nətənz" nüvə obyektinə ciddi ziyan dəyib. Hərçənd İran hökuməti bu iddianı yalanlayır.
![]() |
Peskov:"Gərginliyin artmasını pisləyirik" |
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox təyyarə bu gün səhər saatlarında İrana genişmiqyaslı aviazərbələr endirib. Əməliyyat nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami və "Xətam Əl-Ənbiya" qoşunlarının komandiri Qulam Əli Rəşid, habelə başqaları həyatlarını itiriblər. İran Ordusu bu hücuma cavabən İsrail ərazisinə 100-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirməyə cəhd göstərib.
Overnight Israeli strikes reportedly hit key Iranian sites, including the Natanz nuclear facility.
— Clash Report (@clashreport) June 13, 2025
June 13, 2025 satellite imagery from @AirbusDefence shows significant damage. pic.twitter.com/uIZ7GKaUy0
Firudin Həmidli
AzVision.az