Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
2030-cu ilə qədər Azərbaycanda turizm sektorunun ÜDM-də istehsalı 11,5 milyard manata çatacaq. SİA-nın “Şahdağ” Turizm Mərkəzinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar media turda deyib.
Onun sözlərinə görə, bu dövrə qədər turizmin qeyri-neft və qaz iqtisadiyyatındakı payının 8,2 %-ə, turizm üzrə daxilolmaların isə 7,4 milyard manata yüksələcəyi proqnozlaşdırılır.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
K. Quluzadə əlavə edib ki, 2030-cu ilədək regionların xarici turist gecələmələrindəki xüsusi çəkisinin 46 %-ə, turizm sənayesinin muzdlu əmək bazarındakı payının isə 5,8 %-ə çatacağı gözlənilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.