AZ

Xameneyinin fərmanları dərc olundu: Ölənlərin yerinə yeni TƏYİNATLAR

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İranda İsrailin hücumlarında öldürülən Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı və Xatemul Ənbiya Mərkəzi Qərargahının komandanı vəzifələrinə yeni təyinat var. 

"Cebheinfo.az" xəbər verir ki, İranın rəsmi agentliyi İRNA hücumda həlak olan komandirlərin yerinə təyinatlarla bağlı fərmanları dərc edib. Buna uyğun olaraq, İranın dini lideri Xameneyi hücumda həyatını itirən Baş Qərargah rəisi Baqerinin yerinə İran Ordusu Baş Komandanı Musəvini təyin edib. Xameneyi Məhəmməd Pakpuru İnqilab Keşikçiləri Korpusunun komandanı, Əli Şadimani isə Xatemul Ənbiya Mərkəzi Qərargahının komandanı təyin edib.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Xatırladaq ki, İsrailin gecə saatlarında həyata keçirdiyi hücumda Baş Qərargah rəisi Baqeri, İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami və Xatemul Ənbiya Mərkəzi Qərargahının komandanı Qulaməli Rəşid həyatını itirib. 

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
1
cebheinfo.az

2Mənbələr